Taliban hərəkatının əsir tutduğu 30 nəfər azad edilib

  • By admin
  • 19 Noyabr 2017 18:44

Əfqanıstan xüsusi təyinatlı qüvvələri Hilmend əyalətində “Taliban” radikal hərəkatının nəzarəti altında olan həbsxanadan 30 nəfəri azad edib.

Gununsesi.info xəbər verir ki, əməliyyat baza günü səhər saatlarında keçirilib. Azad olunanlar arasında yaşı 12-dən aşağı olan 4 uşağın olduğu bildirilir.

Məlumata əsasən, “həbsxanaya” düşən yerli sakinlər hakimiyyətə və polislərə kömək göstərdiklərinə görə “Taliban” tərəfindən saxlanılıblar.

Gununsesi.info