“Taliban” Kabildəki partlayışa görə məsuliyyəti öz üzərinə götürdü

  • By admin
  • 21 Oktyabr 2017 20:35

taliban

“Taliban” radikal hərəkatı Kabildə baş verən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “1TV News” telekanalı məlumat yayıb.

Qeyd edək ki, bu gün Əfqanıstanın paytaxtı Kabildə, marşal Fahim akademiyasının yaxınlığında partlayış baş verib. Partlayış intiharçı-terrorçu tərəfindən törədilib. Partlayış nəticəsində 15 nəfər həlak olub, 4 nəfər isə yaralanıb.

Gununsesi.info