Tanınmış tarzənin anadan olmasının 100 illiyi qeyd olunacaq

  • By admin
  • 21 May 2017 00:01

aliaga

Mayın 26-da Beynəlxalq Muğam Mərkəzində Xalq Artisti, tanınmış tarzən Əliağa Quliyevin anadan olmasının 100 illiyi qeyd olunacaq.

Mərkəzdən Gununsesi.info-ya bildirilib ki, gecədə ifaçının həyat və yaradıcılığından söhbət açılacaq, sənət dostları onunla bağlı xatirələrini bölüşəcək.

Tarzənin tələbələri və tanınmış xanəndələrin ifasında muğam və təsniflər səsləndiriləcək.

Biletləri şəhərimizin kassalarından və iticket.az saytından əldə etmək olar.

Gununsesi.info