Turin klubu “Valensiya”nın oyunçusuyla güclənəcək?!

  • By admin
  • 24 İyul 2017 22:30

valen-yuven

Leonardo Bonuççinin “Milan”a keçidindən sonra mərkəz müdafiəçisi axtarışlarını sürətləndirən “Yuventus” boşluğu doldurmağa çox yaxındı.

Gununsesi.info-nun xarici mətbuata istinadən məlumatına görə, Turin klubu “Valensiya”nın oyunçusu Ezekyel Qarayla güclənəcək.

Argentinalı futbolçu ilə aparılan danışıqlar artıq müsbət nəticələnib. 30 yaşlı oyunçunun meneceri bu həftə “qoca sinyora” rəsmiləri ilə görüşərək, müqavilənin detallarını müzakirə edəcək. Keçidin “Yuve”yə 15 milyon avroya başa gəlməsi gözlənilir.

Qeyd edək ki, Ezekyel Qaray “Valensiya”ya ötən il “Zenit”dən keçib.

Gununsesi.info