Türkiyə Rusiya və İrana çağırış etdi: ''STOP deyin!''

  • By admin
  • 23 Fevral 2018 16:08
Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlu Suriyanın  Əsəd qoşunlarının Şərqi Qutada  çoxsaylı insan ölümünə səbəb olan əməliyyatları ilə bağlı Rusiya və İrana  çağırış edib.
 Gununsesi.info “haberturk”-ə istinadən xəbər verir ki,  Mövlut Çavuşoğlu, Rusiya və İran Əsəd rejiminin qarantıdır: “Astana prosesində əsas məqsədimiz Suriyada atəşkəsi təmin etməkdir.
-Türkiyə  müxalifətin, Rusiya və iran isə Əsəd rejimin qarantı rolunda çıxış edir. Son zamanlarda rejim atəşkəsi pozaraq,  hücumlarını artırıb. Şərqi Qutaya hava zərbələri qəbuledilməzdir. Rejim güclərinin hücumları nəticəsində Şərqi Qutada minlərlə insan ölüb. Ona görə də Rusiya və İran rejimi durdurmalıdır. İdlibdə terrorist qruplar da var. Onlara qarşı isə birgə mübarizə aparmaq lazımdır”.
Gununsesi.info