U-17 növbəti oyununu keçirib

  • By admin
  • 28 Aprel 2017 10:10

uefa

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Monteneqronun Podqoritsa şəhərində təşkil olunmuş UEFA İnkişaf turnirində növbəti oyununu keçirib.

Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının saytına istinadən xəbər verir ki, Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan futbolçularımız məğlub olub – 0:3.

Qeyd edək ki, yığmamız turnirdə növbəti oyununu aprelin 29-da, saat 13.00-da Qazaxıstan komandasına qarşı keçirəcək.

Anar
Gununsesi.info