“Ukraynadakı vəziyyətə görə Avropa təqsirkardır” - PUTİN

  • By admin
  • 20 Oktyabr 2017 08:40

59d762a99b190_1putinabs_1497507165

Ukraynadakı vəziyyətə görə Avropa günahkardır. Çünki Avropa bu ölkədə hakimiyyətin  Konstitusiyaya zidd olaraq ələ keçirilməsini dəstəkləyib. 

Gununsesi.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin“Valday” diskussiya klubunun toplantısında çıxışı zamanı bildirib.

“Siz dediniz ki, avropalıların fikrincə, top Rusiya tərəfdədir. Ancaq bizim fikrimizcə, top məhz Avropa tərəfdədir, çünki məhz Avropa Komissiyasının o zamani tərkibinin qeyri-konstruktiv mövqeyi sayəsində vəziyyət dövlət çevrilişi ilə nəticələndi”, – deyə V.Putin qeyd edib.

O qeyd edib ki, problem Aİ ilə assosiativ sazişin imzalanmasında idi, çünki məhz ondan sonra ABŞ və Avropa tərəfindən tam dəstəklənən iğtişaşlar başlandı.

“Ukraynada yaranmış bugünkü vəziyyət hakimiyyətin Konstitusiyaya zidd şəkildə ələ keçirilməsinin nəticəsidir.  Avropa bunda günahkardır, çünki həmin terroru dəstəklədi”, – deyə Putin qeyd edib.

Gununsesi.info