“Ulduz” ÇL-də çıxış edəcək

  • By admin
  • 20 Fevral 2017 11:43

topumuz

İspaniyanın Sevilya şəhərində eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında Çempionlar Liqasının qrup mərhələsinin oyunları keçirilir.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) Gununsesi.info-ya verilən məlumata görə, Turnirdə eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında Azərbaycan çemionatının qalibi “Ulduz” futzal komandası iştirak edir.

Püşkün nəticəsinə görə, ilkin qrup mərhələsində təmsilçimizin rəqibləri İsveçin “Stokholm”, Fransanın “Reims” və Almaniyanın “Ausburg” komandaları olacaq.

Qeyd edək ki, təmsilçimiz fevralın 21-də, Bakı vaxtı ilə saat 13:00-da “Stokholm”, saat 17:00-da “Ausburg”, fevralın
22-də saat 13:00-da isə “Reims” komandası ilə qarşılaşacaq.
Anar
Gununsesi.info