Vətəndaşın daxili orqanında narkotik vasitələr aşkar olunub

  • By admin
  • 24 Avqust 2017 10:40

heroin-300x225

Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı Qasımov Nicat Fariz oğlu saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, yoxlama zamanı, vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığı üçün o, gömrük əməkdaşlarının müşayiəti altında Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Tibbi müayinə nəticəsində Qasımov Nicat Fariz oğlunun daxili orqanında (düz bağırsağında) 1 ədəd bağlamada olmaqla, xalis çəkisi 41,844 qram təşkil edən narkotik vasitə – heroin və 1 ədəd bükümdə olmaqla, xalis çəkisi 2,332 qram təşkil edən psixotrop maddə – metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Anar

Gununsesi.info