Vüsal Qasımlı BP-nin nümayəndə heyətini qəbul edib - FOTOLAR

  • By admin
  • 17 Yanvar 2018 16:24

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı BP-nin Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüşüb.

Gununsesi.info-nun xəbərinnə görə, İİTKM-in icraçı direktoru BP Qrupun Siyasi və İqtisadi məsələlər üzrə müşavirləri Maykl Denison və Julian Bovdeni, eləcə də BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu hökumətlə əlaqələr üzrə müşaviri Günəş Əliyevanı qəbul edərkən əvvəlcə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar barədə ətraflı məlumat verib.

O bildirib ki, Azərbaycan ilə BP şirkəti arasında uzun illərdir səmərəli əməkdaşlıq davam edir. Bu illər ərzində ölkəmizdə irimiqyaslı enerji layihələrinin reallaşdırılmasında BP fəal tərəfdaş kimi çıxış edib.

Vüsal Qasımlı ötən il ərzində energetika sahəsində yaddaqalan hadisələrin baş verdiyini bilidirib. O deyib ki, “Azəri-Çıraq-Günəşli” yatağı üzrə kontraktın müddətinin 2050-ci ilə qədər uzadılıb, Eyni zamanda, Cənub Qaz Dəhlizinin uğurlu icrası təmin edilib. İcraçı direktor əlavə edib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı nəinki ölkəmiz, bölgə və dünya üçün önəmli hadisə olub.

BP Qrupun Siyasi məsələlər üzrə müşaviri Maykl Denison isə Azərbaycanda aparılan proqressiv inkişafdan məmnunluğunu ifadə edib. O BP şirkəti ilə Azərbaycan arasında uğurlu əməkdaşlığı və Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı həyata keçirdiyi siyasəti yüksək qiymətləndirərək, Böyük Britaniya hökumətinin energetika layihələrinə dəstəyinin bundan sonra da davam edəcəyini diqqətə çatdırıb. Görüş zamanı tərəflər arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

Gülnaz Qənbərli

Gununsesi.info