XİN rəhbərlərinin görüşünün vaxtı dəyişdirildi

  • By admin
  • 27 Mart 2017 19:57

ll

 

NATO-ya üzv və tərəfdaş ölkələrin xarici işlər nazirlərinin görüşü martın 31-nə təxirə salınıb.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə alyansın rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.

“Şimali Atlantika Şurasının xarici işlər nazirləri səviyyəsindəki görüşü martın 31-də NATO-nun qərargahında keçiriləcək”, – xəbərdə vurğulanıb.

Qeyd olunur ki, bütün görüş çərçivəsində NATO-nun baş katibi Yens Stoltenberq iştirak edəcək.

Xatırladaq ki, daha əvvəl görüşün 5-6 aprel tarixlərində keçirilməsi planlaşdırılmışdı.

 

Gununsesi.info