Xorvatiyalı futbolçuda dopinq aşkarlandı

  • By admin
  • 21 Sentyabr 2017 19:25

milik-srna-shakhtar-napoli-champions-league_qb5upirrmlk11pf3d3w2v6yd0
“Şaxtyor”un Çempionlar Liqasında “Napoli” ilə oyundan sonra edilən dopinq testdən sonra ukraynalılar üçün problem yaranıb.

Gununsesi.info xəbər verir ki, Donetsk təmsilçisinin təcrübəli müdafiəçisi Dario Srnanın test nəticələri müsbət çıxıb.

Məlumata görə, xorvatiyalı oyunçu ikinci dəfə testdən keçiriləcək və buna görə də alacağı cəza bəlli olacaq.

Qeyd edək ki, Srnanın kapitan kimi 90 dəqiqə meydanda olduğu oyunda “Şaxtyor” öz meydanında “Napoli”ni 2:1 hesabı ilə məğlub etmişdi.

 

Gununsesi.info