Yanvarın 20-dən etibarən bu yollar ödənişli olacaq

  • By admin
  • 16 Yanvar 2018 21:06

Şimali Koreyada yanvarın 20-dən etibarən yollar ödənişli olacaq.

Gununsesi.info xəbər verir ki, eləcə də Pxenyan-Vonsan turistik yolunun da ödənişli əsaslarla xidmət göstərəcəyi bildirilib.

Məlumata görə, hazırda ölkənin avtomagistrallarında ödənişlər üçün toll-qeytlər quraşdırılır.

Sürət avtomagistrallarına görə ödənişlərin “Mire” kartları ilə həyata keçiriləcəyi bildirilib. Qeyd olunur ki, kartın dəyəri 315 von (3 dollardan bir qədər çox) olacaq.

Gununsesi.info