Yığmamız Avropa birinciliyində iştirak edəcək

  • By admin
  • 20 Sentyabr 2017 10:36

01

Sentyabr 22-dən 30-dək Kosovonun paytaxtı Priştina şəhərində 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi keçiriləcək.  

Gənclər və İdman Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, yarışda 40-a yaxın ölkədən 305 atlet (175 oğlan və 130 qız) medallar uğrunda mübarizə aparacaq. İştirakçılar asında Azərbaycan yığmasının üzvləri də var. Birincilikdə aşağıdakı atletlərimiz körpücük üzərinə çıxacaq:

Qızlar (U-17): Səbinə Əzimova (53 kq)

Oğlanlar (U-15): Elşən Məmmədov (50 kq), Murad Əliyev və Rüstəm Qasımov (56 kq), Nurlan Rəsulov (62 kq), Əli Şükürlü (69 kq), Tarmenxan Babayev (85 kq), Rəhman Kazımov (+94 kq) və (U-17) Elməddin Hüseynov (56 kq).

Anar

Gununsesi.info