Yığmamız “Böyük dəbilqə”yə 51 idmançı ilə qatılır

  • By admin
  • 27 Fevral 2017 11:25

cudo

Cüdo üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.

Gununsesi.info-nun məlumatına görə, yığmamız martın 10-12-də Bakıda keçiriləcək “Böyük dəbilqə” yarışına 51 idmançı ilə qatılacaq.

Məşqçilər korpusu kişilərin yarışında 28, qadınların mübarizəsində 21 cüdoçunu sınaqdan keçirəcək.

“Böyük dəbilqə”yə ümumilikdə 33 ölkənin 236 (148 kişi, 88 qadın) idmançısı gücünü yoxlayacaq.

Gununsesi.info