Əfsanəvi aktrisa dünyasını dəyişdi - FOTO

  • By admin
  • 19 Dekabr 2016 10:48

aktrisa

Əfsanəvi aktrisa dünyasını dəyişib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bir zamanların məşhur Hollivud aktrisası, ilk ailə həyatı türk siyasətçi ilə olan macar əsilli Zsa Zsa Qabor 99 yaşında dünyasını dəyişib. Türk lideri Atatürkə qarşı sevgisini heç vaxt gizlətməyən Qabor bunu 1993-cü ildə öz avtobioqrafiyasında da qeyd etmişdi. Onun köməkçisi Eduard Lozzi aktrisanın ürək çatışmazlığından vəfat etdiyini açıqlayıb. Onu da qeyd edək ki, Qabor 1936-cı ildə “Macarıstan gözəli” seçilməklə yanaşı, bir sıra mükafatların sahibidir. Aktrisa “Moulin Rouge”, “Queen of Outer Space” kimi filmlərdə baş rolları ifa edib.

aktrisa1

Nigar Cəfərli

Gununsesi.info