Əfv Komissiyasının sonuncu iclası keçiriləcək- 1000-dək müraciətə baxıldı

Əfv Komissiyasının sonuncu iclası keçiriləcək

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib. Gununsesi.info xəbər verir ki, iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb. Baxılan müraciətlərin əksəriyyətinə müsbət rəy verilib.

Komissiyanın indiyədək keçirilən iclaslarında 1000-dək müraciətə baxılıb.

Komissiyanın üzvü Rəşad Məcid “Trend”ə bildirib ki, Əfv Komissiyasının işi növbəti iclasdan sonra yekunlaşacaq.

Qeyd edək ki, komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.

Gununsesi.info

COMMENTS