ABŞ-ın Kaliforniya əyalətində aralarında 24 yaş fərq olan ana ilə qızı görənləri heyrətləndirib.
Gununsesi.org xəbər verir ki, 43 yaşlı müəllimə kimi fəaliyyət göstərən Colen Diaz və 19 yaşındakı qızı Meilani Parks bir-birlərinə bənzəməklə yanaşı, həm də yaxın rəfiqədirlər. Görənlər ana ilə qızın bacı olduğunu düşünür. 43 yaşlı qadın gənc qalmasının sirrini 12-13 yaşından bəri dərisinə düzgün qulluq etdiyinə görə olduğunu deyib. Heç bir pis vərdişi olmayan Colen qızını da özü kimi tərbiyə edib. O sağlam həyat tərzi keçirdiyini, spirtli içki qəbul etmədiyini, çox dincəldiyini və hər zaman doğru qidalandığını bildirib. Bundan başqa o, hər səhər-axşam üzünü təmiz su ilə yuduğunu və C vitamini yağından istifadə etdiyini deyib. Colen gənc qalmağın daha bir sirrini heç vaxt dərin düşünmədiyini, dərin düşünməyin zehni qocaltdığını açıqlayıb.