Əli Kərimlidən sensasion açıqlamalar - MƏNƏ SPİKERLİK, PARTİYAMIZA 5 NAZİRLİK TƏKLİF EDİLİB

  • By admin
  • 04 May 2019 12:22

AXCP sədrli Əli Kərimli “Azadlıq” radisouna müsahibəsində sensasion açıqlamar səsləndirib.

Gununsesi.org-un xəbərinə görə, jurnalistin AXCP-nin 2000-ci illərdə hakimiyyətlə əməkdaşlıq etməsinə dair iddialarla bağlı  sualına cavabında Əli Kərimli deyib ki, o zaman beynəlxalq vasitəçilər belə bir təşəbbüsdə bulunub:

“O zaman beynəlxalq vasitəçilər hakimiyyətlə və mənimlə belə bir söhbət aparıb. O zaman söhbət AXCP-yə 5 nazirlik postunun verilməsi və mənim spiker olmağımdan gedirdi. Sonradan biz bu məsələni Rəyasət Heyətində müzakirəyə çıxardıq. Müzakirələrin nəticəsi olaraq, bundan imtina etdik”.

Qeyd edək ki, 2000-ci parlament seçkilərində proposianal yolla parlamentdə bir neçə mandat qazanan Əli Kərimli o zaman müxalifətin hədəfində idi. Belə ki, onun hakimiyyətlə sövdələşmə nəticəsində məclisdə yer qazandığı iddia olunurdu.

Bununla bağlı da suala cavabında AXCP sədri deyib ki, o zaman hakimiyyətə real rəqib olan AMİP və Müsavatla müqayisədə rəhbəri olduğu partiya zəfləmişdi: “Hakimiyyət bizə də mane ola bilərdi. Ona görə mane olmadı ki, bizi zəif hesab etdi”.

Gununsesi.org