Əbülfəz Elçibəyin müşaviri dünyasını dəyişib

  • Müəllif: admin
  • 05 Oktyabr 2017 12:24

img1534399

Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin müşaviri, Müsavat Partiyasının Məclis üzvü Rafiq İsmayıl dünyasını dəyişib.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə onun oğlu Toğrul İsmayıl məlumat verib.

R.İsmayıl uzun sürən xəstəlikdən sonra 78 yaşında vəfat edib.

Qeyd edək ki, İsmayılov Rafiq İsmayıl oğlu 1939- cu ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olub. Tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru olub.

1992-1993-cü illərdə Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin humanitar məsələlər üzrə dövlət müşaviri işləyib.

Gununsesi.info