
Türrkiyə Ədliyyə Nazirliyində 2 min 371 nəfər işçiyə ehtiyac var.
Gununsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu haqda nazirliyin saytında elan verilib. Belə ki, elana görə, nazirliyin zabit katibi, mübaşir, texniki kadr, qızdırıcı, sürücü və aşbaz heyətləri üçün 2 min 371 personala ehtiyac var.
Bunlardan 2 min 161 nəfəri müqavilə əsasında, 210 nəfəri isə heyətli olaraq məşğulluğa alınacaq.Müraciətlərdə lisey məzunları üçün 2016-ci ilin Cəmiyyət Personal Seçmə İmtahanında (KPSS-2016) KPSSP3, le-iseyədək olan məzunlar üçün 2014-ci ilin Cəmiyyət Personal Seçmə İmtahanında (KPSS-2014) KPSSP93, orta təhsilli məzunlar üçün 2014-ci ilin Cəmiyyət Personal Seçmə İmtahanında (KPSS-2014) KPSSP94 bal növündən 70 və daha yuxarı bal yığmaq şərti əsas götürüləcək.
Müraciətlər avqustun 22-dən sentyabrın 5-dək qəbul ediləcək.
Gülnaz Qənbərli
Gununsesi.info











