Əfqan Muxtarlıya 6 il cəza verildi - HÖKM

  • By admin
  • 12 Yanvar 2018 15:06

Bu gün Balakən Rayon Məhkəməsində həbsdə olan jurnalist Əfqan Muxtarlının cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Gununsesi.info-nun məlumatına görə, iclasda dövlət ittihamçısı çıxış edib.

Prokuror Ə. Muxtarlının 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Bundan sonra məhkəmə müşavirəyə gedib.

Müşavirədən sonra hökm oxunub.

Hökmə əsasən, Ə. Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən sonra media nümayəndələrinə açıqlama verən vəkil Elçin Sadıqov bildirib ki, hökmdən narazıdır: ”Heç bir vəsatətimiz təmin olunmadı. Məhkəmə çoxsaylı pozuntularla keçdi. Biz bu hökmdən yurxarı instansiya məhkəməsinə şikayət edəcəyik”.

Gununsesi.info