Əfqanıstan təhlükəsizlik qüvvələri 10 silahlını məhv edib

  • By admin
  • 25 Noyabr 2019 22:55

Əfqanıstan təhlükəsizlik qüvvələri ölkənin şimalındakı Kunduz əyalətində 10 ekstremisti məhv edib.

Gununsesi.org TASS-a istinadən xəbər verir ki, bu barədə “Sinhua” agentliyi məlumat yayıb.

Vilayətin bir neçə kəndini silahlılardan təmizləmək üzrə əməliyyat keçirilib. Təhlükəsizlik qüvvələrinin itkisi barədə məlumat verilmir. Yerli polis idarəsi rəhbərinin sözlərinə görə, atışma zamanı iki mülki şəxs ölüb.

 

Gununsesi.org