Əfqanıstan vitse-prezidentinə qarşı sui-qəsd hücumu - FOTO

  • By admin
  • 09 Sentyabr 2020 15:11

Əfqanıstanın paytaxtı Kabilin mərkəzində ölkənin vitse-prezidenti Əmrullah Salehi müşayiət edən avtomobil korteji bomba hücumuna məruz qalıb.

Gununsesi.info Əfqanıstanın “TOLO News” telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər həlak olub, çox sayda adam yaralanıb. Vitse-prezidentin xəsarət almadığı bildirilib.

“Bu gün Əfqanıstanın düşmənləri bir daha Salehə zərər verməyə çalışdılar, lakin qarmaqarışıq planlarını reallaşdıra bilmədilər. Salehə zərər dəymədi”, – deyə vitse-prezidentin sözçüsü Razvan Murad söyləyib.

Məlumata görə, sui-qəsd cəhdi Əmrullah Salehin Pakistan ilə Əfqanıstan-Pakistan sərhədində “Dürand Xətti” adlanan mübahisəli ərazi ilə bağlı müzakirələrə qayıtmaq cəhdindən bir neçə gün sonra həyata keçirilib.

 

Gununsesi.info