Əfqanıstanda 5 polis əməkdaşı öldürülüb

  • By admin
  • 13 Sentyabr 2020 09:46

Əfqanıstanın Kapisa əyalətində hərbi qruplaşmanın üzvləri polis əməkdaşlarına hücum edib.

Gununsesi.info-nun Tolo News telekanalına istinadən verdiyi məlumata görə, hərbi qruplaşmanın üzvlərinin hücumu nəticəsində 5 polis əməkdaşı həlak olub, 7-si isə xəsarət alıb.

Yerli polisin verdiyi məlumata görə, insident “Taliban” qruplaşmasının üzvləri tərəfindən törədilib.  

 

 

Gununsesi.info