Əfqanıstanda İŞİD lideri öldürülüb

  • Müəllif: admin
  • 10 Fevral 2017 12:25

AFQAN

“İraq və Şam İslam Dövləti” (İŞİD) adlanan radikal dini təşkilatının lider heyətindən biri Əfqanıstanın şərqində həyata keçirilən hərbi əməliyyat zamanı öldürülüb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Əfqanıstan Prezidentinin Sarayından məlumat verilib.

Belə ki, NATO və Əfqanıstanın təhlükəsizlik qüvvələri ölkənin şərqində İŞİD silahlılarına qarşı keçirdiyi irimiqyaslı əməliyyat nəticəsində Hafiz Munib məhv edilib.

Məlumata görə, öldürülən H. Munib son günlər paytaxt Kabildə Xəzər şiələrinə qarşı həyata keçirilən hücumların təşkilatçılarından biri olub.

Anar

Gununsesi.info