Əfqanıstanda partlayış – 8 hərbçi həlak olub

  • By admin
  • 09 Dekabr 2019 14:59

Əfqanıstanın cənubundakı Hilmənd əyalətində törədilmiş partlayış nəticəsində azı 8 hərbçi həlak olub.

Gununsesi.org Trend-ə istinadən məlumat verir ki, partlayış nəzarət-buraxılış məntəqəsi yaxınlığında törədilib.

Terrorçu-kamikadze məntəqə yaxınlığında avtomobili partladıb.

Hadisə ilə bağlı məsuliyyəti üzərinə götürən qruplaşma olmayıb.

Gununsesi.org