Əfqanıstanda partlayış nəticəsində BƏƏ-nin səfiri yaralanıb

  • By admin
  • 10 Yanvar 2017 22:33

partlayis

 

Əfqanıstanın Qəndəhar əyalətində baş verən partlayış nəticəsində BƏƏ-nin bu ölkədəki səfiri yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “TOLO news” məlumat yayıb.

Terror aktı əyalətin qubernatoru Hamayun Əzizinin qonaq evində BƏƏ səfiri ilə görüş zamanı baş verib. Nəticədə qubernatorun da yaralandığı bildirilir.

İlkin məlumatlara görə, ümumilikdə partlayış nəticəsində dörd ərəb mühafizəçi daxil olmaqla 9 nəfər ölüb. Bundan əlavə 16 nəfər yaralanıb.

 

Gununsesi.info