Əfqanıstanda terror aktı törədilib, 18 hərbçi öldürülüb

  • By admin
  • 04 May 2020 10:24

Əfqanıstanın Helmend əyalətində avtomobilin partladılması nəticəsində 18 hərbi qulluqçu ölüb.

Gununsesi.org “TOLO News”a istinadən xəbər verir ki, hadisə Əfqanıstan Milli Ordusu və Milli Təhlükəsizlik İdarəsinin nəzarət-buraxılış məntəqəsinin qarşısında törədilib.

Məlumata görə, partlayışla bağlı məsuliyyəti “Taliban” öz üzərinə götürüb.

 

Gununsesi.org