Əfqanıstan Xarici İşlər Nazirinin müavini Hikmət Xəlil Kərzay Bakıya səfər edəcək.
Gununsesi.info bildirir ki, Əfqanıstan İslam Respubliksının Bakıdakı Səfirliyindən “Ölkə.Az”a verilən məlumata əsasən, “Əfqanıstan üzrə Beynəlxalq Əlaqə Qrupu”nun 28 iyun 2018-ci il tarixində Bakıda keçiriləcək iclasnda iştirak etmək üçün Əfqanıstan Xarici İşlər Nazirinin müavini Hikmət Xəlil Kərzayın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlir. Azərbayvanın təşkilatçılığı ilə kreçiriləcək İclasda Əfqanıstanda sülhün və sabitliyin əldə olunması üçün tərəfdaş ölkələr arasında müzakirələr aparılacaq.













