Əfsanəvi amerikalı boksçu Məhəmməd Əli vəfat etdi

  • By admin
  • 04 İyun 2016 10:29

 

Mahammad Ali

 

Gununsesi.info xəbər verir ki, bir neçə gün öncə Arizonada xəstəxanaya yerləşdirilən boksçu iyunun 3-də ağciyər çatışmazlığından dünyasını dəyişib.

 

Məhəmməd Əli otuz ilə yaxın idi ki, Parkinson xəstəliyindən əziyyət çəkirdi.

 

Qeyd edək ki, əsl adı Kassius Kley olan məşhur idmançı 22 yaşında İslamı qəbul edib və Məhəmməd Əli adını götürüb. Peşəkar karyerasına 1960-cı ildə başlamış boksçu iki dəfə – 1964 və 1974-cü illərdə WBA versiyası üzrə dünya çempionu olub. Karyerası ərzində keçirdiyi 61 görüşdən 56-da qələbə qazanıb və yalnız 5 görüşdə məğlub olub.  (APA)