“Əhalinin orta aylıq əməkhaqqı 550 manat olacağı proqnozlaşdırılır” - SƏLİM MÜSLÜMOV

  • By admin
  • 15 Noyabr 2017 11:32

Milli Məclisin Əmək və sosial siyasət komitəsində Azərbaycanda sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanın və işsizlikdən sığorta fondunun 2018-ci il üzrə büdcələri müzakirə olunur.

Gununsesi.info xəbər verir ki, komitə sədri Hadi Rəcəblinin sədrliyi ilə keçən iclasda deputatlar və əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da iştirak edir.

Qanun layihələri haqqında məlumat verən nazir bildirib ki, bu gün Azərbaycanda 1,3 milyon nəfərə pensiya, 460 min nəfərə müxtəlif müavinətlər, 50 min nəfərə yaxın insana isə sosial yardım ödənilir. Bu təbəqədən olan  insanlara ayda 300 milyon manat vəsait ödənilir. 

Nazir onu da bildirib ki, 2018-ci ildə əhalinin orta aylıq əməkhaqqı 550 manat olacağı proqnozlaşdırılır.  

Mürtəza 

Gununsesi.info