Əkmələddin İhsanoğlu: “Türkiyə və Azərbaycanda insan hüquqları problemləri var” -ÖZƏL

  • By admin
  • 27 İyun 2016 13:00

ekmeleddin

“Həm Türkiyədə, həm də Azərbaycanda insan hüquqları sahəsində problemlər var. Hesab edirəm ki, hər iki  dövlət tənqidlərdən nəticə çıxarmalı və onları həll etməlidir”. Bu sözləri Gununsesi.info-ya eksklüziv açıqlamasında Türkiyə prezidentliyə keçmiş namizəd,  Böyük Millət Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Əkmələddin İhsanoğlu hər iki ölkənin bu qurumda insan hüquqlarının durumuna görə tənqid olunmasına münasibətində sözyləyib.

Qeyd edək ki, AŞPA-nın son sessiyasında Türkiyədə insan hüquqlarının durumu kəskin tənqid edilib.  Bundan başqa Avropa Şurasının rəhbər strukturlarında da Azərbaycan və Türkiyə insan hüquqlarının durumuna görə, tənqid edilir.

Əkmələddin İhsanoğlu deyir ki, problemlər həll etmək vacibdir: “Kimsə Türkiyəni buraya zorla gətirməyib. Türkiyə dəyərlər ölkəsi olub. Təəssüf ki, son zamanlar Türkiyədə jurnalistlərə qarşı basqılar aparılır. Həbslər var, təzyiqlər artır. Müasir dünyada insan hüquqları bir ölkənin daxili işi deyil”.

Pərviz Həşimli

Fransa,Strasburq