Ələt-Astara yolunda ağır yol qəzası: iki nəfər öldü

  • By admin
  • 23 Dekabr 2022 09:31

Dekabrın 23-də saat 03:30 radələrində Ələt-Astara avtomobil yolunun Masallı rayonunun ərazisindən keçən 131-ci kilometrliyində Lənkəran rayon sakini Ş.Fərəcovun idarə etdiyi “Kia Sportage” markalı və Astara rayon sakini R.Nəsirovun idarə etdiyi “Kamaz” markalı yük avtomobilləri toqquşub.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Nəticədə “Kia Sportage” markalı avtomobildəki sərnişinlər Ə.Fərəcova və azyaşlı oğlu A.Fərəczadə ölüb, sürücü Ş.Fərəcov isə bədən xəsarəti alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info