Əl-Cəzair Türkiyəyə zəlzələ üçün 30 milyon dollar yardım etdi

  • By admin
  • 10 Fevral 2023 23:22

Türkiyədə fevralın 6-da yaşanan dəhşətli zəlzələdən sonra dünya ölkələrindən dəstək gəlməyə davam edir.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, “Əsrin fəlakəti” olaraq adlandırılan Qəhrəmanmaraş şəhərində yaşanan 7.7 və 7.6 bol gücündə hər iki zəlzələdən sonra 16 mindən çox insan həyatını itirib. 60 min insan yaralanıb. Yııxlan binaların sayı on mindən artıqdır.

Dünya ölkələri Türkiyəyə fəlakətin dağıntılarını aradan qaldırmaq üçün dəstək olmağa davame dir.

Əl-Cəzair hökuməti rəsmi Ankaraya 30 milyon dollarlıq yardım paketi ayırıb.

Bu barədə ölkənin Baş nazirliyindən edilən açıqlamada bildirilir.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info