Əl-Cəzirənin “Twitter” hesabı bağlanıb

  • Müəllif: admin
  • 17 İyun 2017 19:18

1497702684-8614

 

Qətərə daha bir zərbə “Twitter” şəbəkəsindən gəlib.

Gununsesi.info Trend-ə istinadən xəbər verir ki, “Twitter” Qətərin “Əl-Cəzirə” telekanalının ərəbcə olan rəsmi hesabını bağlayıb.

“Twitter”dən bununla bağlı hələki rəsmi açıqlama gəlməyib.

Telekanalın baş direktoru Yaser Əbu Hilal isə qeyd edib ki, əsas hesab bağlansa da, əlavə səhifə işləyir: “Müdaxilə davam edəcək, çünki həqiqət onları qorxudur”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı şahzadəsi Vəlid bin Təlal “Twitter”ə qoyduğu 300 milyon dollar yatırım ilə şirkətin ən böyük ikinci hissədarıdır.

 

Gununsesi.info