Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşdü

  • By admin
  • 31 May 2021 19:31

Azərbaycanın Baş naziri Əli Əsədov mayın 31-də Türkiyənin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.

Nazirlər Kabinetindən Gununsesi.info-ya verilən məlumata görə, görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Baş nazir Türkiyə səfirinə Azərbaycandakı fəaliyyəti müddətində uğurlar arzulayıb.

Gununsesi.info