Əli Əsədovdan “Beşbarmaq dağı” ilə bağlı QƏRAR

  • By admin
  • 01 Sentyabr 2020 16:07

Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edib. 

Gununsesi.info bildirir ki, bununla bağlı Nazirlər Kabineti məlumat yayıb.

Dəyişikliyə əsasən, “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilib.

Gununsesi.info