Əli Həsənov 15 tələbəyə məcburi köçkün vəsiqəsini necə verib? - Baş nazir müavinindən AÇIQLAMA

  • Müəllif: admin
  • 22 Yanvar 2019 12:01

“21 yanvar 2019-cu il tarixində bəzi xəbər saytlarında “Əli Həsənovun başı dərddə: “Qaçqınkom”dakı ciddi pozuntular prokurorluğa göndərildi…” başlıqlı yazı dərc olunub. Həmin yazılarda qeyd olunanlar həqiqəti əks etdirmir”.

Gununsesi.org xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Baş nazirin müavini, “Dövlətqaçqınkom”un sabiq sədri Əli Həsənovun köməkçisi Ramin Talıblı bildirib.

“Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna yalnız 15 tələbənin təhsil ödənişlərindən azad olunmaları üçün kənar şəxslər tərəfindən dələduzluq yolu ilə düzəldilərək verilmiş məcburi köçkün vəsiqələrinin araşdırılması ilə bağlı məsələ göndərilmişdir. Məlumat Azərbaycan Respublikasının Hesablama Palatası ilə dəqiqləşdirilib”, – deyə Baş nazir müavinin köməkçisi bildirib.