Əli Həsənov Elmar Vəliyevə sui-qəsddən danışdı

  • By admin
  • 03 İyul 2018 23:40

Əli Həsənov Elmar Vəliyevə sui-qəsddən danışdı

Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı edilən sui-qəsd hadisəsinə reaksiya verib.

Gununsesi.info xəbər verir ki, o, “BBC News Azərbaycan”a açıqlamasında narahatlığa əsas olmadığını deyib.

“Bununla bağlı narahatlığa əsas yoxdur. Elmar Vəliyevin vəziyyəti yaxşıdır. Mühafizəçisi xəsarət alıb. Söhbət adi kriminal hadisədən gedir. Cinayəti törədən şəxs polis tərəfindən yaxalanıb”,- deyə Əli Həsənov vurğulayıb.