Əli Həsənov vəzifədən çıxarıldı - SƏRƏNCAM

  • By admin
  • 21 Oktyabr 2019 16:47

Prezident İlham Əliyev Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Həsənovu vəzifəsindən azad edib.

Gununsesi.org xəbər verir ki, ölkə başçısı bununla bağlı sərəncam imzalayıb.

Sənəddə deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Əli Şamil oğlu Həsənov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilsin.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.

 

Ə.Həsənov 21.04.2018 -ci il tarixində Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilmişdi. O, daha əvvəl “Dövlətqaçqınkom”un sədri işləyib.