Əli Həsənovun nəvəsi ilə yarışan “Mazda”nın sürücüsü həbs olundu - FOTO

  • By admin
  • 07 Avqust 2017 08:50

eab0d073-94af-492f-92e7-59933bab5763

Avqustun 3-də Bakının Heydər Əliyev prospektində dəhşətli qəza ilə nəticələnmiş hadisədən əvvəl baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin “Gelandewagen” markalı avtomobil ilə yarışan 99 FS 777 dövlət nömrə nişanlı “Mazda” avtomobilinin sahibi Mirməhəmməd İsmayılov Nərimanov Rayon Məhkəməsinə aparılıb.

Gununsesi.info “Report”a istinadən xəbər verir ki, hakim Kəmalə Əmirxanovanın sədrliyi ilə keçirilən prosesdə avtoxuliqanlıqda günahlandırılan M.İsmayılov bir ay müddətinə inzibati həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, “Maqa” ləqəbi ilə tanınan M.İsmayılov Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin sabiq rəis müavini, polis mayoru Əlövsət İsmayılovun oğludur. M.İsmayılovun qardaşının Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsində çalışdığı bildirilir.

Onu da xatırladaq ki, həmin hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Gununsesi.info