Əli İnsanov ofis axtarır - SABİQ SƏHİYYƏ NAZİRİ PARTİYASINI NƏ ZAMAN ELAN EDƏCƏK?

  • Müəllif: admin
  • 17 Oktyabr 2019 10:31

Sabiq səhiyyə naziri Əli İnsanov “Amerikanın səsi” radiosuna müsahibə verib.

Gununsesi.org-un xəbərinə görə, sabiq nazir yeni yaradacağı təşkilat haqqında danışıb. O, bildirib ki, müzakirələr başa çatıb və hər an təşkilatın adı elan oluna bilər: “Sadəcə bir problemimiz var, bu da ofislə bağlıdır. Heç bir yerdən ofis kirayələyə bilmirik. Maneçilik törədilir”.

 

 

Elmar

Gununsesi.org