Əli Mirəliyev: "Oğlum kimdir ki, yol polisinə bıçaq çəksin..." (ÖZƏL)

  • By admin
  • 26 Avqust 2016 14:28

aLI mIRALIYEV

Bu gün Bakıda-Səbail rayonu ərazisində DYP əməkdaşları qayda pozan sürücünü saxlayıblar.

Gununsesi.info xəbər verir ki, qaydanı pozmadığını iddia edən sürücü yol polisi ilə mübahisə etməyə başlayıb və tərəflər əlbəyaxa dava edib, hətta, polisə bıçaq da çəkilib. Sonradan məlum olub ki,  həmin şəxs müğənni Əli Mirəliyevin oğlu olub.

Gununsesi.info bu haqda müğənninin özündən açıqlama alıb. İfaçı oğlunun polisə bıçaq çəkmədiyini bildirib:

“Bıçaq çəkmək məsələsi boş söhbətdir. Hamının yol polisi ilə bağlı problemi olur. Bu da nəsə qayda pozub, o da protokal yazıb, sonra da buraxıblar. Oğlum üzr də istəyib. Amma bıçaq yalan söhbətdir, orada yazılanlar düzgün deyil. Oğlum  kimdir ki, yol polisinə bıçaq çəksin. Günah yol polisində deyil, mənim oğlumda olub. Qaydanı pozmamalı idi”.

 Gununsesi.info