Əlillik ala bilməyən qazilərə maddi yardım edilsin – Deputatdan təklif

  • By admin
  • 22 İyun 2021 14:41

“Vətən müharibəsində yaralanan və əlillik statusu təyin edilməyən şəxslərə maddi yardımlar edilsin”.

Gununsesi.info xəbər verir ki, bu təkliflə Milli Məclisin iclasında deputat Razi Nurullayev çıxış edib.

Deputat qeyd edib ki, 4500-5000 nəfər Vətən Müharibəsində yaralanmış şəxs əlillik statusu ala biləcək:

“Mən təklif edirəm ki, yerdə qalan yaralılardan təxmini 6000 nəfərə yaxın şəxsə 5 il ərzində 500 manat məbləğində ödəniş edilsin. Onlar bununla gələcək həyatlarını planlaşdıra bilərlər. Müharibə əlillərinin əksəriyyəti peşəsi, ali təhsili olmayan şəxslərdir. Onları peşə təhsili almağa yönəltmək lazımdır”.