Əliməmməd Nuriyev: “Gənc xanımların prokuror vəzifəsinə təyinatı…”

  • By admin
  • 21 İyun 2020 09:00

Məlum olduğu kimi, bu gün iki rayona xanım prokuror təyin olunub.

 

Maraqlıdır, güc orqanlarında, o cümlədən prokurorluq orqanlarında xanım mütəxəssislərin yüksək vəzifələrə təyin olunması necə, hansı aspektdən dəyərləndirilə bilər? Bu yeniliklər həmin qurumların gələcək fəaliyyətinə nə vəd edir?

 

Gununsesi.org xəbər verir ki, Moderator.az-a açıqlama verən hüquqşünas Əliməmməd Nuriyev bu yenilikləri alqışladığını vurğuladı:

 

“Hazırda prokurorluq orqanlarında geniş kadr islahatı həyata keçirilməkdədir. Ölkə başçısının baş prpkurorla görüşü zamanı mühüm tapşırıqlardan biri ondan ibarət oldu ki, müasir düşüncəyə sahib yeni nəsil prokurorların, mütəxəssislərin cəlb edilməsi ilə işlər daha yüksək səviyyədə qurulsun.

 

Bu istiqamətdə mühüm işlər həyata keçirilməkdədir. Bunlardan biri struktur islahatlarıdır. Bu isə idarəetmənin daha da optimallaşması və rassionallaşmasına gətirib çıxarır.

 

Bu gün peşəkar kadrların mühüm vəzifələrə təyin edilməsi baş verir. Hansı ki, mən onların bir çoxunu şəxsən tanıyıram. Onların bəzisi ilə beynəlxalq tədbirlərdə bir yerdə olmuşam. Onların peşəkarlığına şahid olmuşam.

 

Burada gender bərabərliyi ilə bağlı məqamlarda da diqqət yetirilir. Bacarıqlı, qabiliyyətli gənc xanımlarımızın prokuror vəzifəsinə təyin edilməsi olduqca vacib olan məqamlardan biridir. Bu, prokurorluq tarixində olduqca mühüm yanaşmanın tətbiqi deməkdir. Prokurorluqda zaman-zaman xanımlarımız çalışıb. Lakin onların rayon prokuroru vəzifəsinə təyin edilməsi halı olmayıb.

 

Hesab edirəm ki, həyata keçirilən yeniliklər prokurorluğun fəaliyyətinin keyfiyyətinin artırılmasına kömək edəcək, onların daha səmərəli şəkildə fəaliyyətinə təkan verəcək”.

Gununsesi.org