Əliyev Əlcəzair prezidentini təbrik etdi

  • By admin
  • 31 Oktyabr 2016 18:06

ilham-aliyev

Ölkə Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezident Əbdüləziz Buteflikaya təbrik göndərib.

Gununsesi.info-nun məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Əlcəzair Xalq Demokratik Respublikasının milli bayramı – İnqilab günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Əminəm ki, Azərbaycan ilə Əlcəzair arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əlcəzair xalqına əmin-amanlıq və rifah diləyirəm”.

Gununsesi.info