Əliyev-Putin-Paşinyan görüşü bu tarixdə keçiriləcək

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında növbəti üçtərəfli görüş avqustun 31-də Moskvada keçiriləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

“Rusiya dairələrindən aldığımız məlumata görə, İlham Əliyev bu görüşdə Zəngəzur dəhlizi məsələsini kəskin şəkildə qaldırmağa hazırlaşır. O gözləyir ki, Nikol Paşinyan Azərbaycanı Naxçıvana birləşdirən yolun açılış tarixini, onun yerini, istismarını və bununla bağlı digər məsələlərin həllini aydın şəkildə elan edəcək. Ruslar hesab edirlər ki, Əliyev qətiyyətlidir və Paşinyanın vədlərinə inanmaq və ona vaxt ayırmağa imkan vermək niyyətində deyil”, – məlumatda bildirilib.

Gununsesi.info