Əliyev Renziyə üzüntüsünü ifadə etdi

  • By admin
  • 13 İyul 2016 15:03

ilhammmm

Azərbaycan prezidenti İlham Əliyev İtaliya Respublikasının baş naziri Matteo Renziyə başsağlığı məktubu ünvanlayıb.

Gununsesi.info-nun AZƏRTAC-a istinadən məlumatına görə, məktubda deyilir: “Hörmətli cənab Baş nazir, İtaliyanın cənubunda sərnişin qatarlarının qəzaya uğraması nəticəsində çox sayda insanın tələf olması və xəsarət alması xəbəri məni son dərəcə kədərləndirdi.Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.

Gununsesi.info