Əliyev və Paşinyan Brüsseldə nəyi müzakirə edəcək?

  • By admin
  • 21 May 2022 13:29

Sabah Azərbaycan və Ermənistan liderləri Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə görüşəcək.

Gununsesi.info xəbər verir ki, Ermənistan tərəfi görüşdə hər hansı sənədin imzalanmayacağını açıqlayıb.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, görüşün gündəliyi sirr deyil.

“Brüsseldə sülh sazişi ətrafında danışıqlara başlamaq üçün tərəflərin təklif etdiyi bəndlər müzakirə olunacaq. Lakin hansısa sənədin imzalanması planı yoxdur”, – Qriqoryan deyib.

Gununsesi.info